Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hər birimiz bir çiçək” başlığı altında  saylı ədəbi-bədii gecə keçirilib

01.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Hər birimiz bir çiçək” başlığı altında  saylı ədəbi-bədii gecə keçirtdi. Tədbiri Uşaq kitabxanasının şöbə müdiri Ellada Rəhimova açaraq uşaqları bayram münasibətilə təbrik etdi. 1İyunun yaranma tarixi haqqında məlumat verərək uşaqlara sevinc, xöşbəxtlik və firavan həyat arzuladı. Tədbirdə iştirak edən Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Aləmzər Əlizadə, şair İnqilab İsaq çıxış edərək uşaqlara ən xoş arzularını bildirdilər. Onlara aydın səma, parlaq günəş və bol-bol sevinc arzuladılar. Tədbirin bədii hissəsi  26 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey kompleksinin  şagirdləri Məmmədli İlqarə və Fatimə bacılarının ifasında “Yaşa Azərbaycan” mahnısı ilə başladı.Ədəbi-bədii gecədə iştirak edən İsrafil Məmmədov adına  27 nömrəli məktəb-liseyin I və III sinif  şagirdlərinin söyədikləri şeir nümunələri, Gəncə Yaradıcılıq Mərkəzinin “Gəncə qönçələri” rəqs ansamblının solisti Gəray İsazadənin ifasında “Şən” ,40 nömrəli məktəbin şagirdlərindən Yaqubova Nurayın “Uzundərə”, Cavid və Nurayın ifasında “Hafanana” rəqsi tədbiri dahada rəngarəng etdi. Tədbir cizgi film personajlarının əyləncəli rəqsləri ilə sona çatdı.

 

119.8 KB

 

148.4 KB